13:00 xeber – “Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ətrafında atdığı addımları dəstəkləyir. İki ölkə ciddi şəkildə bir-birinə arxalana bilər”.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri Ermənistana səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səylərini davam etdirməlidir. Lavrov həmçinin Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi müsbət nəticə əldə olunması istiqamətində fəal rol oynamağa davam edəcəyini vurğulayıb.
Sergey Lavrov və Eduard Nalbandyanın İrəvandakı mətbuat konfransı
Ermənistanın son vaxtlar regionda fəallaşması fonunda baş tutan səfər zamanı səslənən “iki ölkə bir – birinə arxalana bilər” ifadəsi Rusiyanın Ermənistanı həmişə dəstəkləyəcəyini və bu ölkə vasitəsi ilə Cənubi Qafqazda baş verən proseslərə təsir edəcəyini ortaya qoyur. Bu yalnız Sarkisyanın hakimiyyəti dövründə deyil, ondan sonra hakimiyyətə gələcək prezidentlərin vaxtında belə olacaq.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, hakimiyyətdə olan Dağlıq Qarabağ seperatçıları hər zaman Rusiyanın siyasətini dəstəkləyir.
“Bu səbəbdən də dekabrın 1-də Ermənistanda hakimiyyət əleyhinə mitinqlər planlaşdırılması Rusiyanı narahat edir. Rusiya da narahatdır ki, hakimiyyət dəyişsə ölkə Qərbin dəstəklədiyi qüvvələrin əlinə keçəcək. Bu hətta indiki hakimiyyət nümayəndələrindən fəqli olaraq Dağlıq Qarabağda deyil, Ermənistanda doğulan siyasətçilər ola bilər. Bu isə Ermənistanın Rusiyanın əlindən çıxması deməkdir. Lavrovun səfəri Ermənistanı nüfuz dairəsinə salmaq istəyən qüvvələrə bir mesajdır”.
Elxan Şahinoğlu bildirdi ki, Sergey Lavrovun bir müddət əvvəl Bakıya səfərə gəlməsidə Ermənistan hakimiyyətini əsas narahat edən məsələlərdən idi: “Ermənistan hakimiyyəti fikirləşirdi ki, Rusiya onlara Qarabağın və ətraf rayonların boşaldılması barədə təziq edəcək. Amma əksinə Rusiya Ermənistan hakimiyyətini rahatlatmağa çalışır ki, müttəfiqləri Qarabağ münaqişəsinin həllinə çalışmayacaq”-deyən Elxan Şahinoğlu Rusiyanın Ermənistanla gələcək hökümətlər dövründə də əməkdəşlıq edəcəyini sözlərinə əlavə etdi.
Dağlıq Qarabağ və ətafındakı rayonlar
Amma Ermənistan hamkimiyyəti son vaxtlar Rusiya ilə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək addımlar atmaq isətyir. Qərbin İran üzərində sanksiyaları götürməsi ilə dünya bazarlarına neft və qaz çıxarmaq üçün yollar axtarması Ermənistanı sevindirir. Çünki Ermənistan çoxdan arzuladığı tranzit ölkə xəyalını həyata keçirə bilər.
Elxan Şahinoğlu – «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlunun fikirində, Sergey Lavrov bu səfəri ilə həmdə Ermənistan hakimiyyətinə Rusiyanın maraqlarına uyğun olmayan addımlar atmaqdan çəkinmək barədə mesaj verdi.
Baş verənlər göstərir ki, yaxın gələcəkdə də Rusiya Dağlıq Qarabağın işğalını uzatmaqla həm Ermənistanı həm də Cənubi Qafqazı nəzarətdə saxlamaq istəyir. Həm Rusiya və hakimiyyətdə olan Qarabağ erməniləri öz maraqları üçün Ermənistan əhalisini qapalı vəziyyətdə saxlayırlar. Rusiya Qarabağ münaqişəsindan Suriyadakı maraqları üçün də istifadə edir.
Münaqişənin bütün təsirlərini əlində tutmaqla tərəfləri müəyyən yollarla onun mövqeyini dəstəkləməyə məcbur edir. Bütün bunlar isə Ermənistan əhalisini Azərbaycan və Türkiyə kimi qonşuları ilə münaqişə vəziyyətində yaşamasına səbəb olur. Amma əgər Rusiyanın təsirindən azad olarsa, həm Qarabağ problemi həll edilər ,həm də regionda həyata keçirilən enerji layihələrində iştirak edə bilər. Lavrovun bu səfəri isə Ermənistanın hələ də Rusiyanın nəzarətində olacağına bir mesajdır.
mənbə :
anspress