09.11.2015 / 20:21 xeber –
Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında nizamlanmanın qarşılıqlı faydalı və konsensus yolu ilə əldə ediləcək əsaslara nail olmaq üçün səylərin davam etdirilməsinin zəruriliyini qeyd edib. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbər görə, bunu Sergey Lavrov bu gün erməni həmkarı Edvard Nalbandyan ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib.
Lavrov qeyd edib ki, Rusiya ATƏT Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət nəticənin əldə olunması üçün fəal rol oynamağı
davam etdirəcək.
mənbə :
lent.az