İçeriğe geçmek için "Enter"a basın

"Qəbələ" "İnter"lə bərabərə qaldı (VİDEO,FOTO)

09-11-2015

20:09 xeber – Bu günAzərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, turun son oyununda “Qəbələ” “İnter”i qonaq edib.

Maraqlı və gərgin keçən oyun 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 30-cu dəqiqədə “Qəbələ”li Aleksey Antonov açıb. “İnter”in futbolçusu Dieqo Martins 5 dəqiqə sonra fərqlənərək status kvonu təmin edib. “Qəbələ” artıq dörd oyundu qələbə üzünə həsrətdir. “İnter” isə 3 turdu qələbə qazana bilmir.


“İnter” klubu

İlk iki oyun günündə turun 4 oyunu baş tutub. “Zirə” “Sumqayıt”ı, “Rəvan” “Neftçi”ni 3:2, “Qarabağ” “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə yenib, AZAL – “Kəpəz” oyununda qalib müəyyənləşməyib – 1:1.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XII tur

9 noyabr
Qəbələ – İnter 1:1
Qol: Aleksey Antonov, 30 – Dieqo Martins, 35.

mənbə :
anspress

“Qebele” “İnter”le berabere qaldı (VİDEO,FOTO)