İçeriğe geçmek için "Enter"a basın

Lavrov Sarkisyanı hədələmək üçün Ermənistana gedib

09-11-2015

19:49 xeber – Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfərə gedib.

Azadlıq.az xəbər verir ki, anspress-in erməni mətbuatına istinadla verdiyi məlumatına görə, Lavrov qondarma soyqrım abidəsini ziyyarət edib.

Lavrov Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Eduard Nalbandyan və digər rəsmi şəxslər ilə görüşlər keçirib.

Erməni mətbuatı Sergey Lavrovun səfərinin gizli məqsədlərinin olduğunu yazıb.

Mətbuat ehtimal edir ki, Rusiya Ermənistanın son vaxtlar müstəqil siyasətə can atmasından narahatdır və Sarkisyan hökümətinə xəbərdarlıq etməyə gəlib.


Sergey Lavrov və Eduard Nalbandyan

Keçmiş dövlət müşaviri Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında Lavrovun əsas müzakirə edəcəyi mövzular arasında enerji məsələləri üstünlük təşkil edəcəyini bildirib.

“Ermənistan ərazisindən İran qazının Gürcüstana ötürülməsi və hətta Ermənistan ərazisindən İranın neft və qaz kəmərlərinin çəkilməsi gündəmdədir. Həmçinin Ermənistan və İran arasında elektirik enerjisi ötürülməsi barədə müqavilə imzalanır. Rusiya isə Ermənistan bazarına başqa dövlətin daxil olmasına razı deyil. Sarkisyanın Gürcüsatan səfərindən sonra Lavrovun bu ziyarəti Ermənistanın planlarını pozmaq üçündür”, – deyən Qabil Hüseynli bildirdi ki, Rusiya regionda onun iştirakı olmadan heç bir enerji layihəsinin reallaşmasına razılıq vermək istəmir.

Putinin Lavrovu Ermənistana göndərməsinin səbəbi

mənbə :
anspress

Lavrov Sarkisyanı hedelemek üçün Ermenistana gedib