İçeriğe geçmek için "Enter"a basın

Erməni "qanuni oğru"nun sevgilisi Bakıda konsert verdi (VİDEO, FOTO)

09-11-2015

19:29 xeber – 61 yaşlı rusiyalı və amerikalı müğənni otən gün Bakıda konsert verib

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, açıq saçıq geyinməyi xoşlayan müğənni Lyubov Uspenskaya Bakıda möhtəşəm konsert verib. İfaçı “İnstaqram” hesabında konsertindən video və şəkil paylaşıb. O, Bakını çox sevdiyini və inanılmaz hislər yaşadığını yazıb. Konsert zamanı müğənni təyyarə qəzasında həlak olanlar üçün də mahnı həsr edib.

Lyubov Uspenskaya Bakıdaki konserti

L. Uspenskaya 24 fevral 1954-cü ildə Kiyevdə anadan olub. Doğuş zamanı anasını itirən ifaçı nənəsi və atası böyüdüb. Sənətçi bir neçə dəfə “İlin şansonu” mükafatına layiq görülüb. 5 dəfə ailə həyatı qurub. Müğənni Svo Raf ləqəbli erməni “vor v zakone” ilə vətəndaşlıq nikahı olub.


Lyubov Uspenskayanın “İnstaqram” hesabı

mənbə :
anspress

Ermeni “qanuni oğru”nun sevgilisi Bakıda konsert verdi (VİDEO, FOTO)