İçeriğe geçmek için "Enter"a basın

Xoşqədəm: "Haqsızlıqlarla üz-üzə qalmışam"

09-11-2015

17:20 xeber – Məşhur aparıcı Xoşqədəm Hidayətqızı “Deməsək olmaz” verilişi ilə bu gün yenidən efirə çıxıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, aparıcının həm də bu il mətbuatda 20 illiyi olacaq. Tanınmış aparıcı “İnstaqram” hesabında 20 il onun üçün asan olmadığını yazıb. Onun sözlərinə görə, geridə qoyduğu illər ərzində haqsızlıqlarla üz-üzə olub və tək başına mübarizə aparıb.


Xoşqədəm Hidayətqızı “İnstaqram” hesabı

“Dostlar, bu il 20 olacaq ki, mətbuatdayam. Mənim üçün bu illər asan olmayıb. Daima mübarizə, çətinliklər, qısqanclıqlar. Yəni bu pilləkənləri qalxdıqca haqsızlıqlarla üz-üzə qalmışam. Tək başıma mübarizə aparmışam. Bu bir ayda isə həyatımda ilk dəfə özümü güvəndə hiss etdim. Məni düşünən, müdafiə edən, təmkinli olmağa sövq edən dəstək verən kanal rəhbərliyini bir daha tanıdım. Bəlkə də bu fikirlərim bir mənalı qarşılanmaz, amma həqiqətən bir adı, bir üzü var. Mən bu bir ayda bir daha əmin oldum ki, müharibə görən, döyüşün nə olduğunu bilən insanlar qadına qarşı daha diqqətlidir, zəhmətiylə quran, yaradan qadınla savaşmır əksinə qoruyur, müdafiə edirlər”.

Xoşqədəm Hidayətqızı peşəkar jurnalistlərə birgə çalışmağın qürurverici olduğunu bildirib.

“Deməsək Olmaz” verilişin anonsu

Milli Televiziya və Radio Şurası X.Hidayətqızının “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay müddətində bağlanması haqda qərar verib. XeberMTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımını dair qərar qəbul edib.

Xoşqədəm Hidayətqızı 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

mənbə :
anspress

Xoşqedem: “Haqsızlıqlarla üz-üze qalmışam”