17:00 xeber – İspaniya La liqasının 11-ci turu çərçivəsində “Real Madrid” klubu səfərdə “Sevilya” ilə , “Barselona” isə öz meydanında “Vilyareal”la qarşılaşıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ilk olaraq “Barselona” – “Vilyareal” matçı baş tutub.
Oyunda hesab matçın 60-cı dəqiqəsində açılıb. Neymar adını tabloya yazdırıb. 70-ci dəqiqədə isə Suares 11 metirlik cərimə zərbəsindən sonra fəqrlənib. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Neymar qoyub.
“Barselona” – “Vilyareal” oyunu
Turun digər oyununda isə, “Sevilya” “Real Madrid”i qonaq edib. Oyunda hesab artıq 22-ci dəqiqədə açılıb. Serxio Ramos qol vurmağı bacarıb. Meydan sahiblərinin cavabı isə 36-cı dəqiqədə Çiro İmmobilenin vudruğu qolla gəlib. 61-ci dəqiqədə Baneqa vurduğu qolla “Sevilya”nı hesabda önə keçirib.
74-cü dəqiqədə isə Lyorente hesab arasındaki fərqi ikiyə yüksəldib. Oyunda son nöqtəsini 90-cı dəqiqədə Xames Roqdriqez qoyub. Beləliklə, “Sevilya” – “Real Madrid” oyunu 3:2 hesabı ilə başa çatıb.
“Sevilya” – “Real Madrid” oyunu
mənbə :
anspress