İçeriğe geçmek için "Enter"a basın

Sərdar Ortaç Bakıya gəlir

09-11-2015

16:45 xeber – Məşhur türk müğənni Sərdar Ortaç Bakıya gəlir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürov deyib: “İnşallah, dekabrın 18-də Sərdarın Bakıya gəlişi gözlənilir. Onun burada konserti olmalıdır. Mənə də onunla birgə duet oxumaq təklif olunub”, – deyə müğənni bildirdi.

Ədalət Şükürov onu da əlavə etdi ki, dekabrda baş tutacaq konsertin təşkilatçısı Nahid Emiloğludur.


Ədalət Şükürov – Azərbaycanın əməkdar artisti

Nahid Emiloğlunun təşkilatçılığı ilə ötən ilin sentyabrın 27-si tarixində Yaşıl Teatrda baş tutan türk müğənnisinin konsertində onun duet ortağı Zarina Məmmədova olub.

Məşhur müğənni və bəstəkar Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da İstanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb.

Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun “Çarka” adlı albomu satış rekordları vurub.

Müğənninin yüzlərlə mahnısı bütün dünyada məhşurdur. Onun mahnılarını başqa sənətçilər də oxuyub.

2013-cü ildə İrlandiyalı aktrisa Kloe Louqnan ilə nişanlanan Sərdar Ortac ötən ilin iyun ayında onunla ailə həyatı qurub.


Sərdar Ortacın Kloe Louqnan ilə toy mərasimi

Bu yaxınlarda Türkiyə kanallarının birinə müsahibə verən sənətçi həyat yoldaşını qısqanmadığını bildirib: “Həyat yoldaşım aktrisa olmaq istəsə, ona dəstək olaram. O, öpüşmə səhnələrinə də çəkilsə, qarışmaram. O, harada dayanmaq lazım olduğunu yaxşı bilir”, – deyə Sərdar vurğulayıb.

Kloe isə aktrisalıq arzusundan danışıb: “Əvvəl həyat yoldaşımla, sonra da Kənan İmirzalıoğlu və Kıvanç Tatlıtuğla kamera qarşısına keçmək istərdim”, – deyə aktrisa bildirib.

Sərdar Ortac – “Nədəndir” Azərbaycan musiqisini ifa etməsi

mənbə :
anspress

Serdar Ortaç Bakıya gelir