16:25 xeber – Moskvadan İrəvana səfər edən avtobus saxlanılıb.
Azadlıq.az xəbər verir ki, anspress-in erməni mətbuatına istinadla verdiyi məlumatına görə, avtobus Rusiya ərazisinə qeyri-leqal yollarla daxil olub.
Sərnişin avtobusu “Vaqtrans” şirkətinə məxsus olub. Ölkənin Nəqliyyat Nazirliyindən verilən məlumata görə, saxlanılan sərnişin avtobusunun Rusiya ərazisində fəaliyyət göstərməsi üçün qeydiyyatı olmayıb. Avtobus 150 min rubl (2490 AZN) cərimə olunub və cərimə meydançasında aparılıb.
“Daşınmaların təşkilatçısı” vətəndaşlarına xəbərdarlıq edib ki, İrəvan avtobuslarına bilet satan və səfər təşkil edən bütün şirkətlər qeyri-qanuni fəaliyyətlə məşğuldurlar. Açıqlamada bildirilir ki, belə daşıyıcıların xidmətindən istifadə edərək, sərnişinlər öz həyatlarını təhlükəyə atırlar.
Noyabrın 3-də Rusiyanın Tula vilayətində Moskva – İrəvan relsi ilə hərəkət edən avtobus ağır yol qəzası törətmişdi.
Qəzadan sonra hadisə yeri
Rusiyanın paytaxtı Moskvadan Ermənistanın paytaxtı İrəvana gedən avtobusun içərisində 59 sərnişin olub. Qəza nəticəsində 8 nəfərin öldüyü, 47 nəfərin xəsarət aldığı bildirildi. Onların əksəriyyəti Ermənistan vətəndaşıdır.
Avtobusun sürücüsü idarəetməni itirib və maşın aşıb. Nəticədə içərisində sərnişlər olan avtobus 200 metr boyu sürünüb. Araşdırmalar nəticəsində məlum olub ki, avtobusun tormoz və sükan sistemində problem aşkar edilib.
Hər iki hadisənin baş verdiyi Moskva – İrəvan yolu
mənbə :
anspress