
  09.11.2015 / 15:56 xeber – 
Bakıda oyuncaq tapança ilə cinayət törədilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Tarix Qurbanovu tapançaya oxşar əşya ilə hədələyib pul tələb etmiş şəxs müəyyənləşdirilib. Polisin apardığı tədbirlər nəticəsində Bakı şəhər sakini Cavid Abdullayev tutularaq istintaqa təhvil verilib.
 mənbə : 
lent.az