İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın minimal hesablı qələbəsi

09-11-2015

15:46 xeber – Son ölkə çempionu Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, oyun “Xəzər Lənkəran Mərkəzi Stadionu”nda baş tutub.

Oyunda cəmi bir qol vurulub. Matçda vurulan yeganə qol 33-cü dəqiqədə “Qarabağ”ın futbolçusu Əfran İsmayılov tərəfindən vurulub. Beləliklə, matç “köhlən atların” 1:0 hesablı qələbəsi ilə nəticələnib.

“Xəzər Lənkəran” – “Qarabağ” oyunu

Bu qələbədən sonra aktivinə 3 xal yazdıran “Qarabağ” klubu turnir cədvəlinin 1-ci pilləsində yer alıb. “Xəzər Lənkəran” isə 12 xalla 7-ci pillədədir.


Azərnaycan Premyer Liqasının turnir cədvəli

Turun son oyun günündə isə “Qəbələ” Qəbələ şəhər stadionunda “İnter”i qəbul edəcək. Oyunun start fiti bu gün saat 16:00-da səslənəcək.

mənbə :
anspress

“Qarabağ”ın minimal hesablı qelebesi