İçeriğe geçmek için "Enter"a basın

29 yaşlı qadın bıçağın üstünə yıxıldı

09-11-2015

13:45 xeber – Şirvanda bədbəxt hadisə baş verib. 29 yaşlı qadın bıçağın üzərinə yıxılaraq xəsarət alıb.

Şirvan Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Şirvan şəhəri H.Əliyev prospekti 28a, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Arzu Mirzəbəy qızı Zeynalova yaşadığı evdə ayağı badrəyərək yıxılıb. Elə bu vaxt əlindən düşən mətbət bıçağı onun mədəsinə girib.

Xəsarət alan qadını ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparıblar və əməliyyat edilib. Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirdilər.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Bir ay bundan əvvəl də Göygöldə oxşar hadisə qeydə alınıb. 1984-cü il təvəllüdlü Əbülfət Əbülfəz oğlu Məmmədov bıçağın üzərinə yıxılaraq xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya gətirilən zaman həddən artıq sərxoş olub.

Bıçaq yaraları onun kürək nahiyəsində olduğu üçün polis əməkdaşları bıçaqlanma ola biləcəyi ehtimalını da dəyərləndirirdi.

mənbə :
anspress

29 yaşlı qadın bıçağın üstüne yıxıldı