İçeriğe geçmek için "Enter"a basın

Yola quraşdırılmış bomba partladıldı: 16 əsgər öldü

09-11-2015


09.11.2015 / 12:43 xeber –

Yəmənin şərqində Marib vilayətində yola qoyulan bombanın partlaması nəticəsində hökumət ordusunun 16 əsgəri ölüb. 

 

APA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Bildirilir ki, partlayış zamanı daha 6 əsgər yaralanıb. Məlumata əsasən hadisədən xəsarət alan əsgərlər ordu düşərgəsində növbə çəkənlərdir. Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

mənbə :
lent.az

Yola quraşdırılmış bomba partladıldı: 16 esger öldü