İçeriğe geçmek için "Enter"a basın

Oğlu ömürlük həbs edilən deputatın qardaşı dünyasını dəyişdi

09-11-2015

12:32 xeber – Azərbaycanda millət vəkilinə ağır itki üz verib. Deputat Hüseynbala Mirələmovun qardaşı Əlirza Mirələmov dünyasını dəyişib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Əlirza Mirələmov 23 sentyabr 2014-cü ildə məhkəmə prosesi başa çatan və ömürlük həbs cəzasına məhkum edilən Rəşad Mirələmovun atasıdır.

Rəşad Mirələmovun törətdiyi cinayətlə bağlı baş prokurorluq 29 mart 2013-cü ildə məlumat yaymışdı. Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib.

İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.

Əlirza Mirələmovun oğlu Rəşad Mirələmov hazırda həbsdədir.

mənbə :
anspress

Oğlu ömürlük hebs edilen deputatın qardaşı dünyasını deyişdi