12:02 xeber – İŞİD -də qoşulmaq üçün Suriyaya gedmək istəyən 14 Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərəzində Seyhan qəsəbəsində həyata keçirilib.
14 azərbaycanlı ilə yanaşı 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilir.
Terror təşkilatına qoşulmaq üçün ailələri ilə Adana şəhərinə gəlidikləri iddia edilən xarici ölkə vətəndaşlarının 15-i uşaq, 10-u isə qadın olub. Əməliyyat Adana şəhərinin Terrorla Mübarizə İdarəsinə daxil olan kəşfiyyat məlumatlarından sonra polislər evdə başlayıb.
Saxlanılan xarici ölkə vətəndaşları
Bu şəxslərə şəhərə gəlmələrinə kömək edən və müvəqqəti yaşamaq üçün ev tapan Türkiyə vətəndaşları H.Ö. İ.G. saxlanılıblar.
Saxlanılanlar Adana şəhər xəstəxanansında tibii yoxlamadan keçdikdən sonra deportasiya olunmaq üçün müvafiq idarələrə təhvil verilib.
Ötən gün isə Azərbaycan sərhədçiləri İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşını saxlayıblar.
Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə “Bakı – İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.
Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay Rusiyada həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib
Bir müddət əvvəl isə İŞİD-ə endirilən hava zərbələri nəticəsində azərbaycanlı ailənin öldürüldüyü barədə məlumata yayılmışdı.
Aviazərbələr nəticəsində 2 qadın, 6 uşaq həyanını itirib. Qadınların həyat yoldaşlarının İŞİD sıralarında döyüşdüyü bildirilir.
Amma aviazərbələrin hansı ölkə tərəfindən endirildiyi məlum deyil. Çünki Suriyada ABŞ -ın başçılıq etdiyi koalisiyanın və Rusiyanın qırıcıları tərəfindən bombalanır. Hava hücumları ölkənin Deyr əz-Zor əyalətində həyata keçirilib.
Məlumata görə, oktyabrın 15-də həm Rusiya, həm də beynəlxalq koalisiyaya məxsus qırıcılar şəhəri bombalayıb. Azərbaycandan olan ailələrin əl-Mayadin qəsəbəsinin mərkəzində yerləşən binalardan birinə endirilən zərbə nəticəsində öldürüldüyü məlum olub. Həmin qəsəbə İŞİD-in nəzarəti altındadır.
mənbə :
anspress