İçeriğe geçmek için "Enter"a basın

Əks-Kəşfiyyatın polkovniki saxlandı

09-11-2015

11:47 xeber – Milli Təhlükəsizlik Nazirliyinin daha bir məsul əməkdaşı saxlanılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in “Trend”ə istinadla verdiiy məlumata görə, MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov daxil olan şikayətlər əsasında Baş Prokurorluq tərəfindən saxlanılıb.

Hazırda araşdırma aparılır.

Bundan öncə Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri ilə nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov vəzifəsindən azad edilmişdi.

Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.

Bu xəbərdən bir müddət sonra isə milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyevin əmri ilə nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsi general-mayor Hafiz Musayevə həvalə olunması barədə məlumat yayılıb. H.Musayev bu təyinata qədər həmin idarənin rəis müavini olub.

MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev ANS PRESS-ə açıqlamasında bu barədə hər hansı məlumatı verməkdən boyun qaçırıb. “Mənim bu haqda məlumatım yoxdur”.

mənbə :
anspress

Əks-Keşfiyyatın polkovniki saxlandı