İçeriğe geçmek için "Enter"a basın

Yer yarıldı, avtomobillər yerə girdi - FOTO

09-11-2015

11:00 xeber – ABŞ -ın Missisipi şəhərində restoranlardan birinin qarşısında torpaq sürüşməsi baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sürüşmə nəticəsində 12 avtomobilə ziyan dəyib.

Yolun qırağında dayanan avtomobillər sürüşmə nəticəsində yaranan böyük dəliyə yuvarlanıblar.

Hadisə şahidlərinin sözlərinə görə, onlar əvvəlcə bir neçə dəfə gurultu səsləri eşidiblər. Çökmə 120 metr uzunluqda 10 metr enində baş verib. Çökəkliyin dərinliyinin 4,5 metr təşkil etdiyi bildirilir.


Hadisə nəticəsində ziyan dəyən avtomobillər

İnsidentin səbəbləri hələlik tam məlum olmasa da ştat rəsmiləri sürüşmənin yeraltı suların səthə yaxın axması nəticəsində baş verdiyini istisna etmirlər.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Mətbuata açıqlama verən ziyan dəyən avtomobillərdən birinin sahibi Qvendol Fikes qızının uçqun baş verməzdən bir neçə dəqiqə əvvəl restorana daxil olduğunu deyib.


Hadisənin baş verdiyi yer

Bu hadisənin miqyası kiçik olsa da dünyanın bir çox dövlətlərində şürüşmələr yüzlərlə insanın həyatına son qoyur.


Hadisənin baş verdiyi Missisipi ştatı

mənbə :
anspress

Yer yarıldı, avtomobiller yere girdi – FOTO