08.11.2015 / 22:38 xeber –
Hacıqabulda baş verən yol qəzasında ata və azyaşlı oğulu xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 117-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində baş verib.
Göyçay rayonu Çayarxı kənd sakini, 1971-ci il təvəllüdlü Məmmədov Pərviz Ağasəf oğlunun idarə etdiyi VAZ-2107 markalı 10 HN 810 dövlət nömrə nişanlı avtomobil “PRADO” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində sürücü çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Sürücünün oğlu 2001-ci il təvəllüdlü Ağasəf Məmmədova xəstəxanada ambulator yardım edilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır.
mənbə :
lent.az