08.11.2015 / 21:47 xeber –
Şəkidə iki uşağı it dişləyib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın yerli bürosuna verilən məlumata görə, noyabrın 8-də günorta saatlarında Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Nihad Müslüm oğlu Hümbətov və rayonun Baş Göynük kənd sakini, 2008-ci il təvəllüdlü Fərid Fərahim oğlu Səfərov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.
Həkim müayinəsi zamanı N. Hümbətova sağ sarğının, F. Səfərova isə sol biləyin və sol bel-oma nahiyəsinin it dişləməsi diaqnozu qoyulub.
Hər iki azyaşlı xəstəxanada quduzluq əleyhinə peyvənd edilib.
mənbə :
lent.az