İçeriğe geçmek için "Enter"a basın

"Neftçi"nin ağır günü

08-11-2015

21:13 xeber – Azərbaycan Premyer Liqasında XII turunda “Neftçi” çempionatın autsayderi “Rəvan”ı qəbul edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, meydan sahibləri hesabı açsa da, qonaqlar 3 ardıcıl qolla oyunu udublar. Oyun 2:3 hesabla başa çatıb. “Rəvan”ın cari mövsümdə ilk qələbəsini qazanıb.

Hesabı 41-ci dəqiqədə “Neftçi”nin oyunçusu Ruslan Qurbanov açıb. 47-ci dəqiqədə “Rəvan”ın oyunçusu Nicat Muxtarov cavab qolu vurib. 59-cu dəqiqədə “Rəvan”ın təmsilçisi Yamin Ağakərimzadə, 65-ci dəqiqədə Ruslan Tağızadə qonaqları hesabda önə keçirib. 90-cı dəqiqədə ikinci topu vuran Ruslan Qurbanov hesabdakı fərqi azalda bilib.

12 oyundan sonra “Neftçi” 13 xalla 6-cı, “Rəvan” isə 5 xalla sonuncu – 10-cu pillədədir.

Neftçi – Rəvan 2:3
Qollar: Ruslan Qurbanov, 41; 90 – Nicat Muxtarov, 47. Yamin Ağakərimzadə, 49. Ruslan Tağızadə, 65.

Neftçi: 24. Miçal Peskoviç, 4. Rahil Məmmədov, 5. Melli, 3. Jairo Rodriges (26. Kamal Qurbanov, 72), 18. Kaue da Silva (8. Elşən Abdullayev, 56), 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 15. Erik Ramos (k), 19. Fəhmin Muradbəyli, 20. Anete, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 22. Mirabdulla Abbasov, 33. Orxan Bəşirov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.

Rəvan: 32. Kostantin Maxnovski, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu, 8. Məmməd Quliyev, 11. Şerif Suma, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov, 21. Novruz Məmmədov (14. Elvin Əliyev, 46), 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov (7. Elvin Həsənəliyev, 75).
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 6. Vüqar Bəybalayev, 39. Əlibəy Məmmədli, 55. Hüseyn Axundov, 86. Fərid Quliyev.
Baş məşqçi: Bəhmən Həsənov.

Sarı vərəqələr: Ruslan Qurbanov, 31 (hakim qərarına etiraz). Miçal Peskoviç, 77 (qeyri-idman hərəkəti) – Ramazan Abbasov, 77 (qeyri-idman hərəkəti). Məmməd Quliyev, 84 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Bakcell Arena”. 500 tamaşaçı.

mənbə :
anspress

“Neftçi”nin ağır günü