20:40 xeber – Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparıb.
Yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.
Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub.
Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. 7 güləşçi ilə mübarizə aparan sərbəst güləş yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına yiyələnib.
***18:43***
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparıb.
Azadlıq.az xəbər verir ki, anspress-in Azərbaycan Güləş federasiyasına istinadən verdiyi məlumata görə, yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.
Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub.
mənbə :
anspress