İçeriğe geçmek için "Enter"a basın

İranda Azərbaycan dilinə təhqir

08-11-2015

19:56 xeber – İranın IRIB dövlət televiziya şirkəti İranda yaşayan azərbaycanlıların şikayətindən sonra uşaq verilişinin yayımını dayandırıb.

Hər cümə günü efirə gedən “Fitileh” populyar uşaq verilişinin yayımı sonuncu buraxılışdan sonra müvəqqəti dayandırılıb.

IRIB-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub.


“Fitileh” verilişindən bir səhnə

Mətbuat xidmətindən bildirilib ki, bu, səhvən baş verib: “Dövlət televiziya şirkəti İran azərbaycanlılarından üzr istəyir və qeyd edir ki, bu vəziyyət bilməyərəkdən baş verib”.

Qeyd olunub ki, verilişin buraxılışına məsul əməkdaş vəzifəsindən azad edilib, həmçinin telekanalda digər iki vəzifəli şəxs səhlənkarlığa görə töhmət alıb.

“Fitileh” verilişi İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhərində – 2012-ci il

mənbə :
anspress

İranda Azerbaycan diline tehqir