İçeriğe geçmek için "Enter"a basın

Məşhur səyyah Azərbaycandan danışdı

08-11-2015

19:51 xeber – Rusiyanın Birinci Kanalında Azərbaycana həsr olunmuş müəllif proqramı nümayiş etidirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məşhur aparıcı Dmitri Krılov müəllifi və aparıcısı olduğu “Neputyoviye zametki” proqramında Azərbaycan haqqında danışıb.

Verilişdə aparıcı Bakının Şərq və Qərbin ən gözəl tərəflərini özündə cəmləşdirdiyindən söz açıb. ” Biz sizinlə bu gün Şərqə səyahət edəcəyik və Şərqin bütün atributlarının şahidi olacağıq. Köhnə şəhərdə ənənəvi Karvansaraylar, yerli dükanlarda əl işi olan xalçalar, restoranlarda kəbab və paxlavalar…Amma yox, biz Qərbi görəcəyik, onun gözəl Avropa sayağı memarlığı ilə, bir sıra muzeylər və sərgilərdə olacağıq, yerli mehmanxanalarda xidmətin səviyyəsini qiymətləndirəcəyik… Bəs yaxşı indi Şərq yoxsa Qərb? Belə deyim bu eyni zamanda keçmişə və gələcəyə bir səyahət olacaq”, – deyə Dmitri Krılov verilişə başlayıb.


Dmitri Krılov – Səyyah, Birinci kanalın aparıcısı

Elə dediyi kimi verilişdə məşhur səyyah İçəri şəhər, Karvansaray, yerli mağazalar, kababçılarlar haqda, eyni zamanda müasir mehmanxanalar, ticarət mərkəzləri və istirahər mərkəzləri haqqında da bəhs edib.

ANS PRESS həmin verilişi oxucularına təqdim edir:

mənbə :
anspress

Meşhur seyyah Azerbaycandan danışdı