13:39 xeber – Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhlükəsizlik qüvvələri ilə PKK-nın “Yurtsevər İnqilabçı Gənclik” hərəkatının qruplaşması arasında baş vermiş toqquşmalarda 1 nəfər həlak olub, 1 polis zabiti isə yaralanıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, iğtişaşların Yenişəhər rayonuna da yayılması ilə əlaqədar təhlükəsizlik qüvvələri bir sıra yerlərdə giriş-çıxışı bağlayıb. İğtişaş törədənlərin saxlanılması üçün evlərdə reydlər təşkil olunub. Polisin keçirdiyi əməliyyatlara helikopterlər havadan dəstək olub. Artıq 2 gün davam edən toqquşmalarla əlaqədar yerli iş adamları ticarət obyektlərini, dükanlarını bağlamaq məcburiyyətində qalıb.
İstanbulda isə Gaziosmanpaşa adlandırılan yerdə naməlum şəxlər polis maşınına silahlı hücum edərək, 2 zabiti yaralayıb. İnsident gecə saatlarında polisin şübhəli maşını saxlamağa çalışan zaman baş verib. Xəstəxanaya çatdırılan polis zabitlərinin ayağ nayihəsindən güllə yarası aldığı deyilir.
mənbə :
anspress