İçeriğe geçmek için "Enter"a basın

Merkel istefaya çağırıldı

08-11-2015

13:01 xeber – Almaniyada hökümətin miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, yürüşü “Almaniya alternativi” adlı siyasi partiya təşkil edib. Anti-immiqrasiya partiyası sayılan “Almaniya alternativi” hökümətin ölkədə qaçqınlara və miqrantlara sığınacaq verməsinin əleyhinə çıxır. Fəallar “Merkelin istefasını” tələb edən şüarlar səsləndirib.

İnsan haqları fəallarının və sakinlərin keçirdiyi miqrantlara dəstək aksiyası ilə yanaşı, oponentlərin yürüşü də olub. Bu aksiyaya əngəl olmağa çalışan polislə etirazçılar arasında qarşıdurma yaşanıb.


Fəallar Merkelin istefasını tələb edir

Berlin polis idarəsinin məlumatına görə, anti-miqrasiya yürüşündə 5000 nəfər iştirak edib. Qarşı tərəfin aksiyasına isə 800 nəfər qatılıb. Tərəflərin toqquşmaması üçün yürüşün keçirildiyi küçəyə 1100 polis zabiti səfərbər olunub. Yanvar ayından oktyabra kimi Almaniyaya 758 minə yaxın qaçqın və miqrant gəlib.

Belçikanın Muskron şəhərində də miqrantlara qarşı etiraz aksiyası keçirilib. Aksiyaya şəhər sakinləri ilə yanaşı ultra-millətçi fəallar da qoşulub. Gələn ay özəl bir şirkətin təşkilatçılığı ilə 600-ə yaxın miqrant və qaçqına şəhərdə sığınacaq verilməsinə etiraz edən fəallar miqrantların gəlişi ilə yerli əhali arasında işsizlik səviyyəsinin artacağından şikayət edib.

mənbə :
anspress

Merkel istefaya çağırıldı