12:20 xeber – Misir ölkəyə uçuşlar dayandırıldığına görə, 500 milyon dollarlıq zərərə uğraya bilər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Misirin Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü Hüsam əş-Şair danışıb.
O bildirib ki, qış aylarında kurortlarda otellərdə bron edilmiş sifarişlərin ləğv edilməsi nəticəsində dəyən zərər 500 milyon dollardır.
Hüsam əş-Şair eyni zamanda Qırmızı dəniz istirahət zonasında ən iri otel şəbəkələrindən birinin sahibidir.
“Bizim hesablamalarımıza görə, əgər yaxın 4-5 gün ərzində bu məsələ həll edilməzsə, Misir il ərzində 2 milyard dollar itirəcək”, – deyə o əlavə edib.
Misir turizminin belə bir problemlə qarşılaşmasına səbəb isə Rusiyanın A321 təyyarəsinin bu ölkədə qəzaya uğramasındır. Təyyarədəki 224 nəfərin həlak olduğu həmin faciədən sonra bir sıra ölkələr təhlükəsizlik məqsədilə Misirə olan uçuşları təxirə salıblar.
Böyük Britaniya, İrlandiya, Fransa, Belçika və Niderland Krallığının ardınca Rusiyaya Misirə uçuşları məhdudlaşdırıb. Ölkə rəsmiləri qəza səbəbləri araşdırılana qədər uçuşların dayandırıldığını bildiriblər. Ölkə başşısı Vladimir Putinin tapşırığına əsasən Rusiya Misirdə olan 80 min rus turistinin təxliyyə olunması üçün geniş tədbirlər planına start verib. Hazırda Rusiya hava limanlarında Misirə olan reyslər ləğv edilib, aeroportlarda sıxlıq müşahidə olunur. Turizm şirkətləri müştərilərinə Misirə olan turlar əvəzinə Türkiyə kurortlarını təklif etməyə başlayıblar.
Vnukovo aeroportu.
Foto: AP
Misirə gələn turistlər içərisində sayca çoxluğu Rusiya, Böyük Britaniya və Almaniya turistləri təşkil edir. Eyni zamanda Britaniya Misirdəki 20 min turistinin təxliyə edilməsi üçün də tədbirlər görür. Ölkənin baş naziri Deyvid Kemeron A321 qəzası haqqında danışarkən təyyarənin İŞİD terrorçuları tərəfindən partladılması ehtimalının daha real olduğunu deyib.
“Hazırda A321 reysinin partladılması haqqında tam əminlik olmasa da, məhz bunun baş verdiyi daha inandırcı görünür. Xarici turizmdən asılı olan misirlilər Londonun bu qərarından zərər görsə də, Britaniya vətəndaşlarının təhlükəsizliyi mənim üçün hər şeydən üstündür”, – deyən Kemeron ölkəsinin qərarını məhz belə şərh edib.
Amerika və Britaniya xüsusi xidmət orqanları təyyarənin tərkindəki bombanın partlaması nəticəsində qəzaya uğramasını desələr də, Rusiya ilə Misir bu ehtimalı təkzib ediblər. Misirin prezidenti Abdul Fəttah as-Sisi İŞİD-in təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürməsini terroçuların təbliğatı adlandırıb.
Abdul Fəttah as-Sisi (solda) və Deyvid Kemeron (sağda)
Foto: AP
Britaniyalı turistlərin Misirdən təxliyyəsi. Şarm-əş-şeyx aeroportu
Foto: AP
mənbə :
anspress