İçeriğe geçmek için "Enter"a basın

Rusiya hava limanında iki təyyarə toqquşdu

08-11-2015

11:36 xeber – Rusiyanın Xabarovskhava limanında iki təyyarə toqquşub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Aeroflot” aviaşirkətinə məxsus Boeng 777 təyyarəsi eniş-uçuş zolağına daxil olarkən An- 26 təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb. Hazırda Boenglə Moskvaya uçan sərnişinlərin digər təyyarə ilə göndərilməsi sualı həll olunur.

Uzaq Şərq nəgliyyat prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb.

Son günlər Russiya KİV-də hava nəgliyatı ilə bağlı xəbərlərə həssas yanaşılır. Bu son 10 gündə Rusiya təyyarəsinin iştirakı ilə artıq 3-cü insidentdir.

Hadisələrdən ən ciddisi oktyabrın 31-də göyərtəsində 224 nəfər olan A-321 təyyarəsinin Sinay yarımadası üzərində qəzaya uğramasıdır. Qəza nəticəsində bütün sərnişinlər həlak olub.

Helak olanların cəsədləri hadisə yeriondən Rusiyaya təyyarələrlə qətirilir. Noyabrın 8-i Misirdəki təyyarə qəzasının qurbanlarının qalıqlarını daşıyan dördüncü təyyarə Sankt-Peterburqa yola düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “İL76” tipli təyyarə ilə qəzada ölənlərin pasport və şəxsi əşyaları, həmçinin, cəsədlərin qalıqları gətirilir.

Hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Abdülfəttah əs-Sisi terror faktını istisna edir. Ötən gün ABŞ prezidenti Barak Obma və Böyük Britaniyanın baş naziri Devid Kameron hadisənin təyyarənin daxilindəki partlayıcı qurğu səbəbindən baş verə biləcəyini bəyan ediblər.

Hadisədən sonra bir çox ölkələr, o cümlədən Rusiyada Misirlə aviaəlaqəni dayandırıb. Nəticədə Misir turizmi iflasa uğrayıb və bu ölkəyə planlaşdırılan bir çox turlar ləğv olunub.

mənbə :
anspress

Rusiya hava limanında iki teyyare toqquşdu