
  08.11.2015 / 11:32 xeber – 
Rusiyanın Xabarovsk şəhərinin hava limanında iki təyyarə toqquşub.
Trend-in "RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, “Aeroflot” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi uçuş zolağında hərəkət edərkən "AN-26" tipli təyyarənin qanadına toxunub.
Qəza nəticəsində hər iki təyyarəyə ziyan dəyib. Sərnişinlər arasında ölən və ya xəsarət alan yoxdur.
 mənbə : 
lent.az