İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda tutulan İŞİD-çi Rusiyaya ekstradisiya olunacaq

08-11-2015

09:19 xeber – İŞİD terror təşkilatına qoşulmaq istəyən Azərbaycanda saxlanılan Rusiya vətəndaşının ekstradisiya proseduru üçün Rusiya tərəfi ilə danışıqlar aparılır.

Azadlıq.az xəbər verir ki, anspress-in Trend-ə istinadən verdiyi məlumata görə Ziyadxanov Əhmədxan İdrisoviç barədə sənədlərin verilməsi üçün Rusiya tərəfinə müraciət edilib. Hüquqi proseduralar həyata keçirildikdən sonra Ziyadxanov Əhmədxan İdrisoviç Rusiyaya ekstradisiya olunacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in xatırladır ki, ötən gün Azərbaycan sərhədçiləri İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşını saxlayıblar.

Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanıl­ıb.

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün AR və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

mənbə :
anspress

Azerbaycanda tutulan İŞİD-çi Rusiyaya ekstradisiya olunacaq