İçeriğe geçmek için "Enter"a basın

Evlərə tətbiq olunan vergi sisteminin qiymətlərə təsiri

08-11-2015

07:30 xeber – Mənzil bazarında satışdan əldə olunan gəlirə görə vergi sistemində dəyişiklik ediləcək. Vergi evin qiymətinə görə deyil, sahəsinə görə hesablanacaq.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ev alqı-satıqısına tətbiq olunan vergi qanunu dəyişə bilər. Bu zaman vergi evin qiymətinə görə deyil, sahəsinə görə hesablanacaq. Bu da təbii ki, ev almaqda gözləmə mövqeyi tutan alıcıları təşvişə salıb.

Bir çoxları düşünür ki, satılan evin sahəsinə görə tətbiq olunacaq vergi evlərin qiymətində artıma səbəb ola bilər.

Paytaxt sakini Fərid Eyvazov deyir ki, elə adamlar var ki, evini ehtiyac səbəbindən, uşağını müalicə etdirmək məqsədi ilə satır: “Məhz buna görə vergi tətbiq etmək düzgün deyil. Ancaq eyni bir adam 3-cü və ya 4-cü dəfə ev satırsa, vergi tətbiq etmək olar”.

“Əgər hər hansı bir şəxs ticarət məqsədi ilə ev alıb-satırsa, o zaman həmin şəxs vergi ödəməlidi. Bu sistem nəyinki bizdə, eləcə də bütün ölkələrdə tətbiq olunur. Eyni zamanda bir məsələyə diqqət yetirmək lazımdı. Məsələn, bu gün mən ev alıramsa və sabah ehtiyac səbəbindən aldığım evi satıramsa, o zaman burada bəzi anlaşılmazlıqlar ortaya çıxacaq”, – deyə paytaxt sakini Elşən Əhmədov fikrini açıqlayıb.

Amma iqtisadçılar hesab edirlər ki, mənzil bazarına tətbiq olunan bu vergi sistemi daha çox güzəştlidir. Həmin sistem tətbiq olunduqdan sonra vergi xərcləri bir az daha azalacaq. Mənzil bazarına insan axını daha da çoxalacaq.

“Vergi sisteminin dəyişdirilməsi, mənzil bazarına bir çox alıcıların, yəni investorların qayıtmasına səbəb ola bilər. Əgər bazarda təklif artırsa, bu zaman qiymət artımından söz belə gedə bilməz”, – deyə iqditsadçı Rəşad Əliyev vurğulayıb.

Ümid edək ki, bundan sonra mənzil almaq istəyənlərin gözləri yolda qalmaz.

mənbə :
anspress

Evlere tetbiq olunan vergi sisteminin qiymetlere tesiri