İçeriğe geçmek için "Enter"a basın

Nyu-Yorkda Donald Trampa qarşı yürüş keçirildi

08-11-2015


08.11.2015 / 07:03 xeber –

Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın NBC telekanalının verilişində iştirak etməsinə qarşı etiraz aksiyası keçirilib.

 

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar D.Trampın iqamətgahından telekanalın binasınadək yürüş ediblər.

 

Onlar Respublikaçılar partiyasını təmsil edən milyarderin fikirlərinin irqçi və təhqiredici hesab etdiklərini bildiriblər.

 

D.Tramp öz növbəsində bildirib ki, bu cür etirazlar verilişin reytinqini daha da yüksəldəcək.

mənbə :
lent.az

Nyu-Yorkda Donald Trampa qarşı yürüş keçirildi