İçeriğe geçmek için "Enter"a basın

Təyyarə partlamazdan əvvəl naməlum səs eşidilib

08-11-2015

05:20 xeber – Sinayda havada parçalanmış Rusiya hava yollarına məxsus sərnişin təyyarəsinin dağıntıları yerdə 13 kilometr əraziyə səpələnib və təyyarənin bəzi hissələrini hələ də tapmaq mümkün olmayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu A321 təyyarə qəzasının araşdırılması üzrə komissiyanın rəhbəri Ayma Əl Müqəddəm Qahirədə keçirdiyi mətbuat konfransında bildirib.

Müqəddimin sözlərinə görə, qəza günü tapılmış bort-danışıqlarını qeydə alan qara qutunun araşdırması nəticəsində məlum olub ki, qeydə-alma dayanmazdan əvvəl təyyarənin göyərtəsindən naməlum bir səs eşidilib. Çoxmillətli komissiyanın üzvləri hazırda həmin səsin mənşəyini araşdırmağa çalışır. Komisiya sədri, qəzayla bağlı heç bir variant o cümlədən təyyarənin partladılması ilə bağlı variantın istisna edilmədiyini bildirsə də, komissiyanın hələ ki, qəza səbəbiylə bağlı yekun qərara gəlmədiyini diqqətə çatdırıb.


Qəzaya uğrayan təyyarənin qalıqları

Şarm əl-Şeyx yaxınlığında baş verən aviaqəzanın bomba nəticəsində baş verməsinə dair gümanların ardınca Rusiya Misirə bütün uçuşları dayandırıb.

Birləşmiş Krallıq tədqiqatçıları bildiriblər ki, təyyarə uçmazdan əvvəl içərisində bombanın olduğunu fərz edirlər. Prezident Vladimir Putin qərarını bundan sonra bəyan edib. Sinayda İslam Dövləti qruplaşması ilə əlaqəli cihadçılar təyyarəni vurduqlarını iddia ediblər. İD Suriyada hava kampaniyası həyata keçirən Rusiya və ABŞ-a qarşı müharibəyə çağırış edib.

Kogalymavia Airbus A-321 təyyarəsi şənbə günü Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.


Vladimir Putin – Rusiya prezidenti

Putinin qərarı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbərinin tövsiyəsindən sonra açıqlanıb. Moskvada keçirilən fövqəladə iclasda FSB rəhbəri Aleksandr Bortnikov Sinay yarımadasında A321 aviaqəzasının səbəblərinin müəyyənləşdirilməsinədək Rusiya aviaşirkətlərinə Misirə uçuşları dayandırmağı tövsiyə edib.

Britaniya xüsusi xidmətləri hesab edirlər ki, A321 təyyarəsinə bomba uçuşdan əvvəl qoyula bilərdi, Britaniya Misirin Şarm əl-Şeyx kurortundan uçuşları dayandırıb. Bir sıra ölkələr Şarm əl-Şeyxdən səyahəti məhdudlaşdıran Britaniyaya qoşulub.

mənbə :
anspress

Teyyare partlamazdan evvel namelum ses eşidilib