İçeriğe geçmek için "Enter"a basın

Türkiyə ordusu terrorçuları vurur

08-11-2015

04:45 xeber – Türkiyə Silahlı Qüvvələrin ölkə daxilində terrorçulara qarşı əməliyyatı davam edir.

Azadlıq.az xəbər verir ki, ans tv-nin Türkiyə bürosunun məlumatına görə, Türkiyədə seçkilərdən sonra Türkiyə Silahlı Qüvvələri həm “İŞİD”, həm də PKK terrorçularına qarşı xüsusi əməliyyatlar keçirib.

Ötən gecədən başlayaraq Türkiyə-Suriya sərhəddində Türk Silahlı Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri havadan və qurudan “İŞİD” mövqelərinə avia zərbələr endirib.

O cümlədən PKK-nın ən önəmli mövqelərindən biri Hakkari, Diyarbakır və Yüksəkova bölgələri terrorçulardan təmizlənib.

Şəhid zabit İlkər Çelikcanın adını daşıyan antiterror əməliyyatında Türk əsgərləri 119 PKK terrorçusunu məhv edib.

Həmin ərazilər PKK-nın əsas bazaları sayılırdı. Əməliyyatlar zamanı Türkiyə ordusu 6 şəhid verib.

Türkiyə Mudafiə Nazirliyindən verilən məlumata görə, belə əməliyyatlar daha da sərt şəkildə qış boyu davam etdriləcək.

mənbə :
anspress

Türkiye ordusu terrorçuları vurur