İçeriğe geçmek için "Enter"a basın

Saakaşvilidən şok bəyanat: “Dövlət aparatı dağılacaq”

08-11-2015


08.11.2015 / 04:37 xeber –

Ukraynada məmurlara münasib maaşların verilməsinə başlanmasa, dövlət aparatı yaxın aylar ərzində dağılacaq.

 

APA-nın məlumatına görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bəyan edib.

 

Onun sözlərinə görə, Ukraynada dövlət aparatı demək olar ki, dağılıb: “O, artıq nüfuzunu itirib. Hətta artıq oğurlaya da bilmir. Büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır”, deyə M.Saakaşvili bildirib.

 

“Əgər yaxın 5-6 gün ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, “qara deşik”lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic  vəziyyətinə düşəcək”, M.Saakaşvili əlavə edib.

mənbə :
lent.az

Saakaşviliden şok beyanat: “Dövlet aparatı dağılacaq”