08.11.2015 / 00:37 xeber –
“Çelsi”nin bu mövsümkü zəif çıxışı davam edir.
Apasport.az saytının məlumatına görə, “zadəganlar” Premyer Liqanın XII turunda “Stok Siti”yə də məğlub olub.
Bu isə londonluların Joze Mourinyonun rəhbərliyi altında cari mövsümdə 7-ci məğlubiyyətidi. Buna qədər isə Mourinyo bir mövsümdə ən çox 6 dəfə məğlubiyyət acısı yaşamışdı.
“Stok Siti” ilə qarşılaşma portuqaliyalı mütəxəsis üçün daha bir antirekordla yadda qalıb. Məşqçilik karyerası ərzində Joze Mourinyonun komandası ilk dəfə bir mövsümdə ardıcıl 3 oyunda məğlub olub.
mənbə :
lent.az