08.11.2015 / 00:30 xeber –
Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Rumıniya səhiyyə nazirliyinin nümayəndəsi Rayed Ərafat bildirib. Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.
mənbə :
lent.az