07.11.2015 / 22:54 xeber –
Berlində 5 min nəfərin iştirakı ilə Almaniya hökumətinin apardığı miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.
APA-nın yerli DPA agentliyinə istinadən verdiyi məlumata görə, aksiyanı “Almaniya üçün alternativ” partiyası təşkil edib.
Aksiya iştirakçıları “Almaniyanı xilas edin!”, “Merkeli dayandırın!”, “Sığınacaq verilməsinin həddi var” və s şüarlar səsləndiriblər.
Polisin məlumatına əsasən, aksiya insidentsiz başa çatıb.
Rəsmi hesablamalara görə, 2015-ci ildə Almaniyada 800 min qaçqın qeydiyyatdan keçəcək. Yerli KİV-lər bu rəqəmin daha artıq olacağı qənaətindədirlər.
mənbə :
lent.az