İçeriğe geçmek için "Enter"a basın

Ön cəbhədə ordumuzun hazırlığı yoxlanılıb

07-11-2015


07.11.2015 / 19:00 xeber –

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə söhbət edib

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. Lent.az-n nazirliyin rəsmi saytına əstinadən məlumatına görə, nazir, düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Müdafiə nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.
 

General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.
 

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib, onların xidmətləri və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və qısa müddətli məzuniyyətlə mükafatlandırıb.

 

 

mənbə :
lent.az

Ön cebhede ordumuzun hazırlığı yoxlanılıb