İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda sevilən məşhur aktrisa öldü - FOTO

07-11-2015

18:45 xeber – Populyar aktrisa Adriana Kampos yol qəzasına düşərək dünyasını dəyişib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycanda da çox sevilən Latın Amerika seriallarının ulduzu Adriana Kampos həyat yoldaşı rejissor və biznesmen Karlos Rinkon ilə avtomobildə qəzaya üğrayıb. Aktrisanın yoldaşı avtomobili sürərkən bir anlıq idarəetməni itirərək Kauka çayına düşərək ölüblər. Hadisə Kolumbiyanın Antyokiya vilayətində baş verib.

Dünyasını dəyişmiş valideyinlərin 1 yaşlı 1 oğlu var. O. xoşbəxtlikdən həmin gün nənəsi ilə qalmağını istəyib.

Latın Amerikası ulduzu “Zorro: şpaqa və qərənfil” filmində çəkilib. Film bütün dünyada uğurla yayımlanıb. Aktrisa Azərbaycanda da yayımlanmış Braziliya serialı “Klon”un əsas qəhrəmanlarından biri olub.


Adriana Kampos və Karlos Rinkon

Ulduz aktyor “Forsaj” filmin qəhrəmanı Pol Uoker də avtomobil qəzasında dünyasını dəyişmişdi. Hadisə 2013-cü ildə Kaliforniyanın Santa Klarita şəhərində olub. Pol Uokerin dostu Rocer Rodas idarəetməni itirərək yüksək sürətlə ağaca çırpılmışdı. Aktyor və onun dostu Rodas dünyasını dəyişmişdi.


Pol Uoker

mənbə :
anspress

Azerbaycanda sevilen meşhur aktrisa öldü – FOTO