İçeriğe geçmek için "Enter"a basın

Avtobusla minik maşını toqquşdu, yaralı var

07-11-2015

17:50 xeber – Lənkəranda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, cənub istiqamətində hərəkət edən Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Mehman Tahir oğlu Məmmədovun idarə etdiyi 41-BB-958 dövlət nömrə nişanlı “Hyundai” markalı avtobus rayonun Mamusta kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Şaban oğlu Hüseynovun idarə etdiyi 42- BF- 290 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.

Qəza o qədər şiddətli olub ki, sürücü maşının içərisində sıxılmış vəziyyətdə qalıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib və sürücünü deformasiyaya uğramış avtomobildən çıxararaq, təcili tibbi yardım maşınına yerləşdiriblər. 52 yaşlı Məhərrəm Hüseynov xəstəxanaya çatdırılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirdilər.

Faktla bağlı araşdırma aparılır.

Cənub bölgəsi dünən də qəzasız ötüşməyib. Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən 141-ci kilometrliyində bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Cəlilabad rayon Alar kənd sakini ,1975-ci il təvəllüdlü Ziyad Əliyev idarə etdiyi “Prado” markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə, 40 yaşlı sürücü Ziyad Əliyev hadisə yerindəcə dünyasını dəyişib.

Qəzaya düşən şəxslər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmisi nəvələridir.

mənbə :
anspress

Avtobusla minik maşını toqquşdu, yaralı var