İçeriğe geçmek için "Enter"a basın

150 kiloluq aktrisanı görənlər şoka düşdü - FOTO

07-11-2015

16:47 xeber – 156 kq çəkisi olan aktrisa tanınmaz hala düşdü. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, söhbət Türkiyənin tanınmış teatr aktrisası olan Pelin Öztekindən gedir.

Artıq çəkidən əziyyət çəkən aktrisa ötən il mədə kiçiltmə əməliyyatı keçirib. 1,5 ilə çəkisi 68 kq-a kimi sala bilib.

Aktrisa dəyişimini əks etdirən fotolarını “İnstaqram” hesabında paylaşdıqdan sonra izləyiciləri sözün əsl mənasında şoka düşüblər. Aktrisa yeni fotolarını “artıq özümü seksual qadın kimi hiss edirəm” deyə, şərh edib.


Pelin Öztekin

Aktrisa məşhur aktyor Rasim Öztekinin qızıdır. 1987-ci ildə İzmit şəhərində anadan olub. “Çox gözəl hərəkətlər bunlar” teleşousu sayəsində məşhurlaşıb.


Pelin Öztekin son halı


Pelin Öztekinin “İnstaqram” hesabı

Köklük çox məşhurların başına bəla olur. Görünüşünü dəyişərək sevənlərini şoka salanlar arasında azərbaycanlılar da az deyil. Bunlardan biri də müğənni Murad Arifdir. O, 3 ay ərzində 20 kiloqram arıqlamışdı. İfaçı arıqlamağının sirrini de belə açıb:

“ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişinin qonağı idim. Orada dietoloq Leyla xanımla tanış oldum və mərc gəldim ki, onun sayəsində 3 aya arıqlayacam. Bunun üçün əvvəlcə müayinədən keçdim, artıq çəki yığmağıma səbəb olan amil müəyyənləşdirildi. Analizlərdən sonra məlum oldu ki, məni kökəldən insulindir. Onun miqdarını normaya salmaq üçün müalicə aldım. Buna uyğun pəhriz yazdılar. Pəhriz menyusu hər həftə dəyişir. Əsasən, təbii qidalardan istifadə edirəm. Qida rasionumdan şirniyyatı, xəmir xörəklərini tamamilə çıxartmışam. İdmanla məşğul oluram: trenajor, qaçış lenti, velosiped. Üç ay ərzində 20 kiloqrama qədər arıqladım. Bu pəhrizi başqalarına məsləhət görə bilmərəm. Çünki individualdır. Mənim orqanizmim üçün təyin olunan menyu başqasına zərər vura bilər. Buna görə də əvvəlcə həkim müayinəsindən keçmək lazımdır. Bilirəm ki, pəhrizə davamlı əməl etsəm, lap çox arıqlayaram. Amma hərdən qanunları pozuram. Hazırda 92 kiloqramam”.

Müğənni arzusunun 85 kiloqrama düşmək olduğunu deyib. “Bundan artıq arıqlamaq imicimi itirməyimə səbəb ola bilər”.


Murad Arif

mənbə :
anspress

150 kiloluq aktrisanı görenler şoka düşdü – FOTO