İçeriğe geçmek için "Enter"a basın

Lənkəranda avtobusla minik maşını toqquşdu

07-11-2015

16:35 xeber – Bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində Lənkəran şəhəri ərazisində yol qəzası baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in xəbərinə görə, Astara istiqamətində hərəkət edən Sumqayıt şəhər sakini, 40 yaşlı Mehman Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtobus Lənkəran rayonun Mamusta kənd sakini 52 yaşlı Məhərrəm Hüseynovun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub. Deformasiyaya uğrayan minik maşınının sürücüsünü avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktı BDYP-nin istintaq və təhqiqat bölməsi araşdırır.

Qəzaya uğramış avtomobillər


mənbə :
anspress

Lenkeranda avtobusla minik maşını toqquşdu