İçeriğe geçmek için "Enter"a basın

Şəhid olan hərbçilərimizin ADLARI – (Yeniləndi)

13-07-2020


[r32]

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik davam edib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Bildirilir ki, şəhid baş leytenant Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
Sadıqov Vüqar Lətif oğlu – Ağstafanın Yuxarı Göycəli kənd sakini, 1987-ci il təvəllüd;

Məmmədov Elşad Dönməz oğlu – Tovuzun, Ağdam kənd sakini, 1996-cı il təvəllüd;

Daşdəmirov Xəyyam Məhəmməd oğlu – İsmayıllı rayon, Balik kənd sakini, 2002-ci il təvəllüd, hərbi qulluqçu.

Mahmudov Rəşad Rəşid oğlu –  Biləsuvar rayonu Aşağı Cürəli kəndi

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Şəhid olan hərbçilərimizin ADLARI – (Yeniləndi)