19:57 xeber – Məşhur müğənni Sibel Can Bakıdadır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ifaçı “İnstaqram” hesabında Bakıda olduğunu qeyd edib.
Tanınmış müğənni “Four Seasons Hotel”də qalır. O, “Bakı, “Sən gəlməz oldun” yazıb və Bakının mərkəzini videoya çəkərək, səhifəsində paylaşıb.
Sibel Canın konserti bu gün 20:00-da Böyük Sarayda baş tutacaq
Sibel Can “Bakı, sən gəlməz oldun”
Karyerasına rəqqasəliklə başlayan Sibel Can, hazırda aktrisa, müğənni və aparıcıdır. S. Can Nükhet Duru tərəfindən aşkarlanan “Maksim” kazinosunun oriental rəqqasəsi olub. 1988-ci ildə eyni məkanda mahnı söyləyərək səhnə almağa başlayıb.
İlk zamanlarda albomlarının istehsalçısı kimi Orxan Gencebay ilә çalışıb. İlk həyat yoldaşı Hakan Ural olub. 1999-cu ildə boşanaraq və sonrakı il Sulhi Ağsüt ilə evlənib. İlk yoldaşından iki, indiki yoldaşından da bir, ümumi üç uşağı var.
Sibel Canın “İnstaqram” hesabı
mənbə :
anspress