İçeriğe geçmek için "Enter"a basın

Gəncədə tutulan oğru: "Bəxtim olsaydı, 100 min tapardım..."

06-11-2015


06.11.2015 / 18:56 xeber –

Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ildən bəri şəhərin müxtəlif ərazilərində 20 fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan qızıl-zinət əşyaları və nağd pul oğurlamaqda şübhəli bilinən Göygöl sakini 35 yaşlı Ceyhun Mamedov saxlanılıb.

 

Baş müstəntiq Samir Rüstəmovun sözlərinə görə, aparılan istintaq-əməliyyat tədbirləri zamanı onun törətdiyi digər əməllər də müəyyən edilib: "Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Ceyhun Mamedov eyni zamanda yaşadığı Göygöl rayonu ərazisində 8 fərdi yaşayış evinə ayrı-ayrı vaxtlarda daxil olaraq oradan pul və qızıl zinət əşyaları oğurlayıb".

 

Ceyhun Mamedov mənzillərdən oğurladığı nağd pulu xərcləyib, qızıl-zinət əşyalarını isə lombarda qoyaraq pul götürüb. Həmin qızıl-zinət əşyalarının bir qismi müxtəlif lombardlardan maddi sübut kimi götürülüb.  Ümumilikdə 28 mənzildən oğurluq edən şəxs özünü şanssız sayır: "Evlərin əvvəlcədən işıqları sönmüş olurdu. Qaz sayğacları işləmirdi. Belə olanda bilirdim evdə heç kim yoxdur. Ancaq daxil olduğum evlərdən çox az pul tapırdım. Şansım gətirmirdi. Şanslı olsaydım, 10 və yaxud 100 min manat pul tapardım. Mən də şanssız oğruyam".

 

Ceyhun Mamedovun ətrafında aparılan istintaq tədbirləri davam edir. İstintaqa məlum faktlarla bağlı cinayət işi başlanıb.

mənbə :
lent.az

Gencede tutulan oğru: "Bextim olsaydı, 100 min tapardım…"