18:46 xeber – İnsan haqları narahatlıq doğuran əsas məsələdir və bu məsələləri həll etmək olar.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bunu ABŞ Konqresinin Alabama ştatından olan üzvü Robert Aderholt iki ölkə arsındakı əlaqələrin hazırki vəziyyəti və perspektivindən danışarkən deyib.
“Düşünürəm ki, bizim yaxşı münasibətlərimiz var. Bu münasibətləri daha da yaxşılaşdıra bilərik. Azərbaycanın regionda vacib ölkə olduğunu görürük. Əlaqələrimizi davam etdirməyi düşünürük. Bir neçə məsələ ilə əlaqədar sizin səfirinizlə görüşmüşəm. Ölkələrimiz arasında bu baxımdan yaxşı münasibətlər var. Fikrimcə, sadəcə insan haqları narahatlıq doğuran əsas məsələdir və bu məsələləri həll etmək olar”.
mənbə :
anspress