İçeriğe geçmek için "Enter"a basın

Lalə Məmmədova səfir təyin olunub

06-11-2015

18:06 xeber – Müğənni Lalə Məmmədovaya səfir vəzifəsi verilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə özünü müğənninin rəfiqəsi kimi təqdim edən Vəfa Rəfiyeva deyib.

“Həqiqətən də, Lalə xanım Milli Paralimpiya Komitəsinə ulduz səfir təyin edilib. L.Məmmədovaya “Azərbaycan Respublikasının və xarici ölkələrdə Uşaq Paralimpiya Hərəkatını təbliğ etmək, onlara mənəvi dəstək vermək məqsədilə” sertifikat təqdim olunub”, – deyə xanım bildirdi.

Vəfanın sözlərinə əsasən, müğənni bundan qürur hissi duyur. Sənətçi, hətta, ona təqdim olunan sertifikatın şəklini öz şəkli facebook səhifəsində də paylaşıb.


Lalə Məmmədovaya təqdim olunan sertifikat

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 1996-cı ilin fevral ayının 9-da yaradılıb. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib, Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti, Afiq Süleymanov isə komitənin baş katibi vəzifələrinə təyin olunub.

İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak edib. Daha sonra keçirilən idman yarışlarında idmançıların sayı da artıb.

mənbə :
anspress

Lale Memmedova sefir teyin olunub