İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda ilk-tropik quava Masallıda bəhər verdi

06-11-2015

16:57 xeber – Masallı rayon Şərəfə kənd sakini, 81 yaşlı Aslan Rəhimov həyətində nadir tropik meyvə olan quava yetişdirməyə nail olub.

Azadlıq.az xəbər verir ki, anspress-in xəbərinə görə, bağbanın dibçəkdə becərdiyi hündürlüyü 2 m olan 8 illik ağac iki ildir ki, bar verir. İxtisasca yol mühəndisi olan həvəskar bağban deyir ki, nəvəsi Şri-Lankada olanda meyvənin dadı, ətri xoşuna gəldiyindən evə gətirib. Aslan kişi də meyvənin toxumlarını dibçəkdə əkərək, artırmağa qərar verib. Aslan Rəhimov ANS PRESS-ə bildirib ki, quava meyvəsi may ayının axırlarında gül açmağa başlayır. Sentyabrın axırı, oktyabrın 10-na qədər meyvələr yetişir. Bu il isə bir qədər gecikib. 81 yaşlı bağbanın sözlərinə görə, quava uzunsov armuda oxşayır. Yetişəndə sarı rəngdə olur. Toxumu pomidorun toxumu kimi olur. Meyvəni artırmaq istəyəndə də həmin toxumlar vasitəsilə artırmaq olur.


81 yaşlı bağban quava yetişdirib

Cənubi Amerika, Afrika , Asiya ölkələrində yetişən quavanın 100-dən çox növü məlumdur. Vitaminlər, minerallar və karbohidratlarla zəngin meyvənin tamı digərlərindən fərqlənir. Tam yetişməmiş halda yeyiləndə turş, dəymiş halda isə şirin olur. Quava meyvəsi həm də ətirlidir.


Uzunsov armuda bənzər quava meyvəsi

Quava meyvəsinin orqanizmi infeksion xəstəliklərdən müdafiə etdiyi, öskürək və soyuqdəyməyə xeyirli olduğu, bu səbəbdən də antibiotik dərmanların tərkibinə əlavə edildiyi bildirilir. Bu meyvə stress, əsəb, ürək və böyrək xəstəliklərinə də yaxşı təsir göstərir. Bu mevənin vitamini digər meyvələrdən çoxdur.

mənbə :
anspress

Azerbaycanda ilk-tropik quava Masallıda beher verdi