İçeriğe geçmek için "Enter"a basın

Kişi xəyanətdə ittiham etdiyi arvadını öldürdü

06-11-2015

16:20 xeber – Sumqayıt şəhərində qətl hadisəsi qeydə alınıb. Kişi öz arvadını öldürüb.

Sumqayıt Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini 1988-ci il təvəllüdlü Xəqani İsa oğlu Hüseynov aralarında yaranan mübahisə zəminində 1988-ci il təvəllüdlü həyat yoldaşı Ramilə Əkbər qızı Hüseynovaya bir neçə bıçaq xəsarətləri yetirib. Yaralı aldığı xəsarətlərin ağırlığından evdə dünyasını dəyişib.

Qətli törədən Xəqani Hüseynov tutularaq istintaqa cəlb edilib və ilkin dindirilmə zamanı həyat yoldaşının ona xəyanət etdiyini və bu səbəbdən də qətli törətdiyini bildirib.

Cütlük 3 il əvvəl ailə həyatı qurub, övladları yoxdur.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

İki gün əvvəl də paytaxtda və Ağsuda qətl hadisəsi baş verib. Həmin hadisələr zamanı da kişilər öz həyat yoldaşlarını qətlə yetirib.

Paytaxtdakı qətl zamanı 1983-cü il təvəllüdlü Tahir Niyaz oğlu Mürsəlov həyat yoldaşı 1991-ci il təvəllüdlü Nigar Təslim qızı Mürsəlovanı çox sayda bıçaq zərbəsi endirərək qətlə yetirib. Yaralı Nigar Mürsəlova xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Ağsuda isə Ərəbsarvan kənd sakini, 1975-ci il təvəllüdlü Elnarə Üzeyir qızı Eyyubova aralarında yaranan mübahisə zəminində keçmiş həyat yoldaşı Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Kabus Xanlar oğlu Şirinov tərəfindən öldürülüb.

Dünyasını dəyişən qadın Hacı Qədirli kəndində ibtidai sinif müəlliməsi və direktor vəzifəsində çalışırdı.

mənbə :
anspress

Kişi xeyanetde ittiham etdiyi arvadını öldürdü