İçeriğe geçmek için "Enter"a basın

"Krasnodar" qalib gəldi

06-11-2015

16:19 xeber – Avropa Liqasını 4-cü turu çərçivəsində Rusiyanın “Krasnodar” klubu öz meydanında PAOK-u qəbul edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, oyun Kuban stadionunda baş tutub.

Oyunda hesab 33-cü dəqiqədə meydan sahibləri tərəfindən açılıb. Ari topu başla qonaq komanadasının qapısından keçirib.
67-ci dəqiqədə isə, “Krasnodar”ın futbolçusu Joaozinyo 11 metrlik cərimə zərbasindən sonra fərqlənərək hesab arasındaki fərqi ikiyə yüksəldib. Yunanların cavabı isə 90-cı dəqiqədə gəlib. Robert Mak Stefanos Atanasiadisin ötürməsindən sonra fəqrlənib. Ancaq oyunda başqa qol vurulmayınca, matç elə “Krasnodar”ın PAOK üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Krasnodar” – PAOK oyunu


“C” qrupunun turnir cədvəli

mənbə :
anspress

“Krasnodar” qalib geldi